Vətənim Media xəbər verir ki, Samux şəhərində avtoyuma məntəqəsinin daxilində “HOWO” markalı yük avtomobilinin təkərində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğınsöndürənlər alovu qısa müddətdə söndürüb. Avtomobilin arxa təkərləri yanıb, qalan hissəsi isə yanğından mühafizə edilib.
Əsas mənbə: APA
