Xudatda “Hyundai”nin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xudatda “Hyundai”nin mühərrik hissəsi və idarəetmə lövhəsi yanıb

Vətənim Media xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində “Hyundai” markalı minik avtomobilində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.

Yanğın avtomobilin mühərrik hissəsinə və idarəetmə lövhəsinə ziyan vurub. Maşının qalan hissəsi yanğından mühafizə olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗