Vətənim Media xəbər verir ki, NASA-nın astronomiya fotosunda Polşadakı Tatra dağlarının üzərindəki aypara və üfüqə yaxın parlaq Venera əks olunub. Veneranın solunda Qız bürcündə yerləşən Spika ulduzu görünür.
NASA-nın izahına görə, planetlərin səmada ulduzlara nisbətən yer dəyişməsi onları başqa göy cisimlərinə yaxınlaşırmış kimi göstərir. Bu cür görünən yaxınlaşmalar konyunksiya adlanır. Spika Yerdən təxminən 250 işıq ili uzaqlıqdadır və dörd gündə bir-birinin ətrafında dövr edən iki mavi ulduzdan ibarət qoşa sistem kimi tanınır. Bu ilin əvvəlində onun üç ulduzlu sistem olduğu bildirilib.
Əsas mənbə: NASA

