Vətənim Media xəbər verir ki, APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Yaponiya Maliyyə Nazirliyi büdcə məhdudiyyətləri fonunda qarşıdakı beş il üçün müdafiə xərclərinin 50–60 trilyon yen (313–376 milyard dollar) olmasını təklif edir. Bu məbləğ hazırkı beşillik dövr üçün nəzərdə tutulan 43 trilyon yendən çox, Müdafiə Nazirliyi və hakim Liberal Demokrat Partiyasının istədiyi 80 trilyon yendən isə təxminən 30 faiz azdır.
Təklif qəbul edilərsə, raket və F-35 qırıcıları da daxil olmaqla hərbi təyyarələrin alınması planlarına yenidən baxıla, bəzi satınalmaların həcmi yarıya qədər azaldıla bilər. “Reuters”in məlumatına görə, bu maliyyələşmə ilə Yaponiya müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə çatdıra bilməyəcək.
Əsas mənbə: APA
