Vətənim Media xəbər verir ki, Rusiyanın Kemerovo vilayətinin Yagunovo kəndində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb. APA-nın məlumatına görə, şahidlər təyyarənin havada alışdığını, sonra yerə çırpılıb partladığını bildiriblər.
Qəza noyabrın 17-də qeydə alınıb. Hadisə yerində operativ xidmətlər işləyir, qəzanın səbəbləri araşdırılır.
Əsas mənbə: APA
