Nigar Ağabəylinin fərdi sərgisi Müasir İncəsənət Muzeyində açılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Nigar Ağabəylinin fərdi sərgisi Müasir İncəsənət Muzeyində açılıb

Vətənim Media xəbər verir ki, noyabrın 22-də Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisinin açılışı olub. APA-nın məlumatına görə, açılışda Alyona Əliyeva iştirak edib və rəssamın əsərləri ilə tanış olub.

Sərgidə məsumluq və illüziyalarla formalaşan həyat mərhələsi, eləcə də yaşantı və özünü dərk etmə ilə bağlı dəyişikliklər əks olunur. Ağabəyli qadın portretləri, simvolik obrazlar və emosional kompozisiyalar vasitəsilə insanın kimlik axtarışını və daxili təcrübələrini araşdırır. Sərgi noyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində təqdim olunacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗