Vətənim Media xəbər verir ki, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində 1998-ci il təvəllüdlü sakin ov tüfənginin patronunun əlində partlaması nəticəsində sol əlindən ağır xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə hadisə zamanı xəsarət alan şəxs özü bildirib.
O, Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Cərrahi əməliyyat üçün paytaxtdakı xəstəxanalardan birinə aparılması gözlənilir.
Əsas mənbə: APA
