Könül Niftəliyeva: Media cəmiyyətə necə danışmağı da öyrədir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Könül Niftəliyeva: Media cəmiyyətə necə danışmağı da öyrədir

Vətənim Media xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Könül Niftəliyeva Azərbaycan dilinin qorunmasında media nümayəndələrinin məsuliyyətinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, jurnalistlər söz seçiminə, ifadə tərzinə və terminlərdən istifadəyə həssas yanaşaraq ədəbi dil normalarına əməl etməlidirlər.

Niftəliyeva qeyd edib ki, qloballaşma və rəqəmsal ünsiyyət şəraitində alınma sözlərə ehtiyac olduqda müraciət edilməli, Azərbaycan dilində qarşılığı olan ifadələrə üstünlük verilməlidir. Yeni terminlərin dilimizdə qarşılığının yaradılması və ictimai dövriyyəyə daxil edilməsində medianın da rolu var. O, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində dili lazımsız alınma sözlərdən qorumaq üçün jurnalistlərə və ictimaiyyətə müraciət etdiyini xatırladaraq, bu çağırışa uyğun fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əsas mənbə: www.presscouncil.az

Vətənim Media Shorts

YouTube-da aç ↗