Vətənim Media xəbər verir ki, “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı Azərbaycan Dillər Universitetinin tələbə radiosunun qonağı olub. Proqramda ənənəvi və yeni media, rəqəmsal medianın inkişafı və jurnalistikanın gələcəyi müzakirə edilib.
Daha sonra jurnalistika tələbələri üçün ustad dərsi keçən Mahirqızı peşəkar təcrübəsini bölüşüb, müasir media mühitində jurnalistlərdən tələb olunan bacarıqlardan danışıb və tələbələrin suallarını cavablandırıb.
Əsas mənbə: APA
