Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin oxumaq üçün Avropa ölkələrinə göndərdiyi tələbələrin əksə….
Azərbaycan Xalq Cümhuriyyətinin oxumaq üçün Avropa ölkələrinə göndərdiyi tələbələrin əksəriyyətinin oradakı həyatı və fəaliyyəti çox acınacaqlı olub. Bəziləri haqqında hələ indiyədək də ətraflı məlumat yoxdur. Onlardan biri də haqqında bəhs etdiyimiz Mir Abdulla bəy Mir Baba bəy oğludur.
O, 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində doğulub. Ailədə Miri kimi çağrıldığından elə camaat arasında bu adla da məşhurlaşmışdı. Şəhər Real məktəbini bitirmişdi.
Qeyd etdiyimiz kimi, o, Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Məşhur yazıçı, ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. 1918-ci il, iyunun 25-də Simferopolda Krım hökuməti yaradılmışdı.
Hökumətin Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri isə Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara almışdı. 1918-ci il, noyabrın 1-dən etibarən Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəsi Miri bəy Vəzirova Azərbaycan Xalq Cümhuriyyətini Krımda da təmsil etmək tapşırılmışdı.
Cümhuriyyətin süqutundan sonra Fransada yaşayan Miri bəy 1925-ci ildə, 29 yaşında Parisdə vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
