Çar Rusiyası dövründə müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil…

Şrift
Çar Rusiyası dövründə müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Çar Rusiyası dövründə müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil….

Çar Rusiyası dövründə müəllimlər seminariyalarının ilk əsasnamələrinə görə, bu tip təhsil müəssisələrinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən "Müəllimlər seminariyaları haqqında təlimat"da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. İrəvan Müəllimlər Seminariyası Rusiya İmperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarına uyğun olaraq yaradılır.

Dövlət Şurasının 3 maddə və qətnamədən ibarət olan 20 oktyabr 1880-ci il tarixli qərarında qeyd edilirdi: "İmperiyada Müəllimlər Seminariyası və Zaqafqaziya Müəllimlər Seminariyası haqqında Əsasnamələr əsasında Kutaisi və İrəvan quberniyalarının hər birində bir Müəllimlər Seminariyası açılsın. Ştatların layihələri üzrə Seminariyaların saxlanması üçün Kutaisi Seminariyasına 27800 rubl, İrəvan Seminariyasına 28350 rubl keçirilsin". Seminariyanın təntənəli açılışı 1881-ci il noyabrın 8-də olub.

Seminariyada digər elmi fənlərlə yanaşı, Azərbaycan dili fənninin və şəriət dərslərinin tədris edilməsi üçün müvafiq ştat vahidi nəzərdə tutulmuşdu. İnqilabdan əvvəlki Qafqazın ən qiymətli sorğu nəşrlərindən biri olan və Tiflisdə, Qafqaz Canişinin Baş İdarəsinin nəzdində dərc edilmiş "Kavkazskiy kalendar"dakı məlumatlara görə, Axund Məhəmmədbağır Qazızadə 1883-cü ildən başlayaraq uzun illər ərzində İrəvan müəllimlər seminariyasında Azərbaycan dili fənnini və şəriət dərslərini tədris edib. 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı 1918-ci ilin 6 avqustunda İrəvan gimnaziyası və Uluxanlı məktəbi ilə eyni vaxtda bağlanıb.

İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin yalnız müəyyən hissəsi dövlət hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər.

1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu. 1913-cü ilin məlumatına görə, seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri olub. 1881-ci ildə İrəvan quberniyasında seminariyanın açılması ilə yanaşı daha iki mühüm hadisə baş verib.

İrəvan gimnaziyası və yeni tipli Uluxanlı məktəbi də yaradılıb. Qori müəllimlər seminariyasının məzunu Firidun bəy Köçərli 1885-ci ilin iyununda İrəvan seminariyasına Azərbaycan dili və şəriət müəllimi təyin edilib. F.

Köçərli bu tədris ocağında 10 il pedaqoji fəaliyyətini davam etdirib. Cəlil Məmmədquluzadə 1887-ci ildə Qori Seminariyasını bitirdikdən sonra İrəvan və Yelizavetpol xalq məktəbləri direktorluğunda yerləşən Uluxanlı məktəbinə müəllim təyin edilib. Xalqımızın bir sıra tanınmış nümayəndələri-Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Səfiyev, Vahid Musabəyov, Fərrux bəy Ağakişibəyov, İbadulla bəy Muğanlinski, Şamil bəy Mahmudbəyov, Cabbar Məmmədov və başqaları vaxtilə ilk pedaqoji təhsillərini İrəvan müəllimlər seminariyasında alıblar.

Seminariyanın direktorları: Yakob Stepanoviç Suşevski; İvan Andreyeviç Pasyuteviç; Mixail Alekseyeviç Miropiyev; Valentin Vasilyeviç Dubromin. Müsəlman şöbəsinin müdirləri: Məmmədbağır Qazızadə; Rəşid bəy Şahtaxtinski; Həmid bəy Şahtaxtinski; Cəfər bəy Cəfərbəyov. Müəllimləri: Molla Məmmədbağır Qazızadə — şəriət və Azərbaycan dili müəllimi; Axund Məmmədbağır Kazımzadə — Azərbaycan dili müəllimi; Firidun bəy Köçərli -şəriət və Azərbaycan dili müəllimi; Rəşid bəy Şahtaxtinski-Azərbaycan dili müəllimi; Rəhim Xəlilov-Azərbaycan dili müəllimi; Həmid bəy Şahtaxtinski-Azərbaycan dili müəllimi; Mirzə Cabbar Məmmədzadə — Azərbaycan dili müəllimi; Mirzə Cəfər Məmmədov-Azərbaycan dili müəllimi; Mirzə Məmmədvəli Qəmərlinski — şəriət və Azərbaycan dili müəllimi; Axund Məmmədbağır Tağızadə; Məmməd Axundov; Mixail Klopov; K.

Şulkin.

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗