Təqribən 1840-cı illərdə doğulduğü deyilən Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat…

Şrift
Təqribən 1840-cı illərdə doğulduğü deyilən Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Təqribən 1840-cı illərdə doğulduğü deyilən Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat….

Təqribən 1840-cı illərdə doğulduğü deyilən Məşədi İsi ilk musiqi təhsilini Şuşada, Xarrat Qulunun məktəbində alıb. Xanəndə Hacı Hüsünün "Xanəndələr məclisi"nin fəal üzvlərindən biri olub. Məşədi İsi klassik Şərq, xüsusilə Azərbaycan muğamlarının bilicisi olub, öz bilik və sənətkarlıq bacarıqlarını "Xanəndələr məclisi"nin gənc xanəndələrinə öyrədib.

O, "Rast", "Şur", "Hümayun", xüsusilə də "Mahur" dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa edib. Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafiz və Sədi Şirazinin əsərlərini də oxuyub. Musiqişünas Cəlil Bağdadbəyovun yazdığına görə, Azərbaycan şairlərinin şeirlərini ilk dəfə məclislərdə oxuyan Məşədi İsi olub.

Məşədi İsi təkcə Qarabağda deyil, eləcə də Azərbaycanın bir çox şəhərlərində-Gəncə, Ağdaş, Şamaxı və Bakıda dəfələrlə müxtəlif məclislərdə çıxış edib. Aylarla şamaxılı Mahmud ağanın məclislərində oxuyub. İran hakimi Nəsrəddin şah tərəfindən bir neçə dəfə Tehran şəhərinə çağırılıb, şah sarayında İran müğənniləri ilə olan bir müsabiqədə qələbə qazanaraq İran şahı tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif edilib.

1890-cı illərində Məşədi İsi tarzən Sadıqcan ilə birlikdə Orta Asiyanın Aşqabad, Səmərqənd, Daşkənd və başqa şəhərlərdə xalq şənliklərində iştirak edib. O, muğam ifaçısı və bilicisi olmaqla yanaşı, təsnif ustası kimi də tanınib. "Rast" və "Mahur" təsnifləri məşhurluq qazanıb.

Əsasən, Molla Pənah Vaqif və Qasım bəy Zakirin bir çox müxəmməs və qoşmasına təsniflər yazıb. Məşədi İsi 1905-ci ildə Ağdam şəhərində vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗