Litva ordusu Kalininqradla sərhədin mühafizəsinə qoşulacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Litva ordusu Kalininqradla sərhədin mühafizəsinə qoşulacaq

Vətənim Media xəbər verir ki, Litva yaxın həftələrdə hərbçiləri Rusiyanın Kalininqrad vilayəti ilə sərhədin qorunmasına cəlb edəcək. Əsgərlər bu işdə sərhədçilərlə birgə fəaliyyət göstərəcək.

Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, qərar daxili işlər naziri Martinas Katelinasın müraciətindən sonra verilib. Katelinas regiondakı ümumi təhlükəsizlik vəziyyətini əsas gətirərək ordunun köməyinə ehtiyac olduğunu deyib. O, hərbçilərin sərhəddə xidmətə cəlb edilməsini qabaqlayıcı tədbir kimi xarakterizə edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗