Gəncədəki QHT forumunda 21 proqram üzrə tapşırıqların 98,63 faizi icra olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Gəncədəki QHT forumunda 21 proqram üzrə tapşırıqların 98,63 faizi icra olunub

Vətənim Media xəbər verir ki, Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi tədbirə “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfdaşlıq edib.

Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, əvvəlki forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın 98,63 faizi icra olunub. O, gələn il Bakıda BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statusuna malik QHT-lərinin forumunun keçirilməsinin planlaşdırıldığını da qeyd edib.

Forumda panel müzakirələri keçirilib, Prezident İlham Əliyevə müraciət qəbul olunub. Tədbir bədii proqramla başa çatıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗