Vətənim Media xəbər verir ki, Şəki şəhərində “VAZ-2107” markalı avtomobilin vurduğu 58 yaşlı İlqar Musayev xəstəxanada vəfat edib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 11:00 radələrində baş verib. Arif Səlimovun idarə etdiyi avtomobil yol kənarında olan Musayevi vurub. Kişi aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Əsas mənbə: APA
