Onlayn media müsabiqəsinin qaliblərinə ayda 5 min manat ayrılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Onlayn media müsabiqəsinin qaliblərinə ayda 5 min manat ayrılacaq

Vətənim Media xəbər verir ki, Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib. İştirak üçün Media Reyestrində qeydiyyatda olan, ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən media subyektləri müraciət edə bilər.

Müraciətlər elektron formada təqdim olunur. Müsabiqə iştirakçısının heyətində ən azı bir məsul redaktor və üç jurnalist olmalıdır. Qalib elan edilən hər bir media subyekti ilə altı aylıq müqavilə bağlanacaq və ayda 5 min manat maliyyə yardımı ayrılacaq. Bu müddətdə dörd əməkdaşın hər birinin aylıq əməkhaqqı ən azı 800 manat olmalıdır.

Müraciətləri 2026-cı il noyabrın 30-u saat 18:00-dək təqdim etmək mümkündür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗