Qəzetlərə ayda 5 min, saytlarına 3 min manat dəstək veriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Qəzetlərə ayda 5 min, saytlarına 3 min manat dəstək veriləcək

Vətənim Media xəbər verir ki, Media və Yayım Şurası çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib. Müsabiqədə Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. Müraciət və tələb olunan sənədlər elektron qaydada Şuraya təqdim edilməlidir.

Qalib qəzet redaksiyaları ilə altı aylıq maliyyə yardımı müqaviləsi bağlanacaq. Qəzetlərin həftədə bir nömrəsinin çapına aylıq 5 min manat, eyniadlı saytlarına isə 3 min manat ayrılacaq. Saytın əsaslı yenilənməsi planlaşdırılarsa, ilk ay üçün yardım 5 min manat olacaq. Müsabiqəyə 30 noyabr 2026-cı il saat 18:00-dək müraciət etmək mümkündür.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗