Vətənim Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə müvafiq lisenziya olmadan oftalmoloji müayinə aparılmasının yolverilməz olduğunu bildirib. Mərkəzin APA-ya verdiyi məlumata görə, optika şöbələrində həkim-oftalmoloqun tibbi müayinəsi özəl tibb fəaliyyəti sayılır və lisenziya ilə yanaşı, qanunvericilikdə nəzərdə tutulan maddi-texniki və təşkilati şərtlərə uyğun olmalıdır.
Mərkəz xəbərdarlıq edib ki, həkimin aptekdə çalışması və ya müayinə xidmətinin başqa formada təşkil edilməsi lisenziya tələbini aradan qaldırmır. Belə xidmətlər lisenziyasız və zəruri şərait təmin edilmədən göstərilərsə, aşkar olunan pozuntular araşdırılacaq və məsul şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Əsas mənbə: APA
