Nadir şah 1739-cu il fevralın 24-də Böyük Moğol sülaləsindən olan Məhəmməd şahın ordusunu…

Şrift
Nadir şah 1739-cu il fevralın 24-də Böyük Moğol sülaləsindən olan Məhəmməd şahın ordusunu…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nadir şah 1739-cu il fevralın 24-də Böyük Moğol sülaləsindən olan Məhəmməd şahın ordusunu….

Nadir şah 1739-cu il fevralın 24-də Böyük Moğol sülaləsindən olan Məhəmməd şahın ordusunu darmadağın edərək 20 martda Dehli şəhərini tutur. Böyük Moğol dövlətinin üzərinə pulla altı milyon rupilik, qiymətli daş-qaşla 500 milyon rupilik xərac qoyulur. Alınmış hərbi qənimət 700 milyon rupi dəyərində hesablanırdı.

Bunun böyük bir hissəsi Kelata aparılır və Nadir qəniməti ölənəcən burada saxlayır. Əvvəllər qayda belə idi ki, qiymətli daşlar qızılbaşlar arasında bölüşdürülürdü, Nadir şah bu dəfə həmin qaydanı pozur və daş-qaşı özünə götürür. Bu da döyüşçülər arasında narazılıq doğurur.

Ödəncin həmin qismində dünyanın ən iri brilyantı sayılan "Kuhi-Nur" ("Nur dağı") adlanan daş da vardı. 105 karatlıq həmin almazdan başqa məşhur qiymətli daşlar da az deyildi. Almazın digər tayı hesab olunan "Dərya-i-Nur" ("Dəniz işığı") almazının Hindistanının Andhra Pradeş ştatında olduğu düşünülür.

Almaz müxtəlif zamanlarda Hindu, Rajput, İran, Əfqan, Siqx və sonda almazı talayan ingilislərin olub. 1850-ci ildə almaz İngiltərənin "Ost-Hind" şirkəti tərəfindən Duleep Sinqdə ələ keçirilib və Kraliça Viktoriya 1876-cı ildə Hindistan kraliçası elan olunanda İngiltərə Kral Zinət Əşyalarının bir hissəsinə çevrilir. Hindistan ilə müharibə etdikdən sonra Nadir şah Əfşarın əlinə keçən almaz XVIII əsrdə "Kuh-i-Nur" adlandırılmadan öncə Syamantaka-Mani, Madnayak ya da "Qiymətli daşların Kralı" olaraq tanınırdı.

Almaz hal-hazırda Britaniya tacının bir hissəsidir. Hətta Hindistan dəfələrlə onu geri tələb edib. Tam təsdiqini tapmayan belə bir mülahizə də var ki, həmin brilyant 3 hissəyə bolünub, bir hissəsi Türkmənçay müqaviləsindən sonra Rusiyaya aparılıb, bir hissəsi Tehranda qalıb, bir hissəsi isə Böyük Britaniya şahzadəsinin tacındadır…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗