Çar ordusunun azərbaycanlı generallarının çox hissəsi Azərbaycan Xalq Cümhuriyyətində xid…

Şrift
Çar ordusunun azərbaycanlı generallarının çox hissəsi Azərbaycan Xalq Cümhuriyyətində xid…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Çar ordusunun azərbaycanlı generallarının çox hissəsi Azərbaycan Xalq Cümhuriyyətində xid….

Çar ordusunun azərbaycanlı generallarının çox hissəsi Azərbaycan Xalq Cümhuriyyətində xidmət etmək üçün I dünya müharibəsinin sonlarında, 1918-ci ildə Bakıya gəlirlər. Əvvəlcə AXC-nin 21 generalının siyahısı ilə tanış olun: Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, İbrahim ağa Vəkilov, Həbib bəy Səlimov, İbrahim ağa Usubov, Hüseyn xan Naxçıvanski, Mirkazım bəy Talışxanov, Firudun bəy Vəzirov, Qalib bəy Vəkilov, Daniyal bəy Hələcov, Əliyar bəy Haşımbəyov, Süleyman bəy Əfəndiyev, Teymur bəy Novruzov, Əmir Kazım Mirzə Qovanlı-Qacar, Feyzulla Mirzə Qovanlı-Qacar, Cavad bəy Şıxlinski, Əbdülhəmid bəy Qaytabaşı, Murad Tlexas, Məmməd Sadıq bəy Ağabəyzadə, Məhəmməd bəy Sulkeviç. 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda Xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan və ştabs- kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz məhv edilib.

General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov, general- mayor Əmir Kazım Mirzə Qovanlı-Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı, general mayor Murad Gəraybəy oğlu Tlexas, general-mayor Əliyar bəy Mehdi bəy oğlu Haşimbəyov Nargin adasında güllələniblər… Allah rəhmət eləsin, ruhları şad olsun! Bütün şəhidlərə böyük sayğı və ehtiramla, Namiq Həsənov

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗