Vətənim Media xəbər verir ki, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Azərbaycanda orta ömür uzunluğunun 2025-ci ilin sonuna 77 ili ötdüyünü bildirib. O, bu barədə Dünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda danışıb.
Quliyevin sözlərinə görə, həm dünyada, həm də Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır. Dünyada orta ömür uzunluğu son illərdə 73 ili keçib. O qeyd edib ki, ömrün uzanması ilə yanaşı, insanların əlavə illəri sağlam yaşayıb-yaşamaması da nəzərə alınmalıdır.
Əsas mənbə: APA
