Vətənim Media xəbər verir ki, iTicket platformasının imkanları ABB mobile tətbiqinə əlavə olunub. İstifadəçilər konsert, teatr tamaşası və digər mədəni tədbirləri tətbiqdə izləyə, bilet üçün yerləri seçə və ödənişi əlavə məlumat daxil etmədən ABB mobile üzərindən tamamlaya bilərlər.
Alınan QR bilet də tətbiqdə təqdim olunur. ABB mobile-dan iTicket şəxsi kabinetinə daxil olmaqla istifadəçilər əvvəlki alışlarına və hesab məlumatlarına baxıb onları idarə edə bilərlər. ABB bildirir ki, tətbiqdə gündəlik xidmətləri bir platformada birləşdirmək məqsədilə yeni inteqrasiyalar davam etdiriləcək.
Əsas mənbə: APA
