Vətənim Media xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel danışıqlarda iştirak etmək üçün Rusiyaya gedib. Səfərin iki gün davam edəcəyi, Patelın bu müddətdə Moskva və Sankt-Peterburqda olacağı bildirilir.
“MS NOW” telekanalının mənbələrinə istinadən yaydığı məlumata görə, FTB rəhbəri Rusiyaya 2013-cü ildən bəri ilk dəfə səfər edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Patelın Moskvaya mümkün səfəri ilə bağlı xəbərləri şərh etməyib. O, bu cür səfərlərin, bir qayda olaraq, əvvəlcədən elan olunmadığını söyləyib.
Əsas mənbə: APA
