Pentaqon 2026-cı ilin sonunadək yüz minlərlə kamikadze dronu almağı planlaşdırır

Şrift
🔊 Xəbəri dinlə — Babək
Pentaqon 2026-cı ilin sonunadək yüz minlərlə kamikadze dronu almağı planlaşdırır

Vətənim Media xəbər verir ki, Pentaqon 2026-cı ilin sonunadək ABŞ hərbçilərinin silahlanmasına yüz minlərlə birdəfəlik istifadə üçün nəzərdə tutulan pilotsuz uçuş aparatı daxil etməyi planlaşdırır. Müdafiə naziri Pit Heqset bu məqsədlə pilotsuz sistemlər sahəsində üstünlük qazanmaq üçün 1 milyard dollar vəsait ayrıldığını bildirib.

Heqsetin sözlərinə görə, nazirlikdə bu tip dronların hazırlanmasına dair proqramlar olmayıb. Bu il yüz minlərlə sistemin silahlanmaya verilməsi, sonrakı illərdə isə onların sayının milyonlarla ölçüləcək səviyyəyə çatdırılması nəzərdə tutulur. Pentaqon rəhbəri sentyabrın 30-da pilotsuz sistemlər üzrə yeni hərbi komandanlığın yaradıldığını açıqlamışdı. Komandanlığın əsas məqsədi ABŞ Silahlı Qüvvələrinin avtonom və robotlaşdırılmış vasitələrdən istifadə imkanlarını genişləndirməkdir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗