Vətənim Media xəbər verir ki, Avstraliyanın Melburn Universitetində Bədii və Sənədli Filmlər üzrə Prodüserlik magistr proqramında oxuyan azərbaycanlı tələbə və rejissor Afaq Yusiflinin təhsil haqqının ödənilməsi başa çatıb. Ödənişin qalan hissəsi Azərbaycan Mədəniyyət Nazirliyi və tabeliyindəki Kino Agentliyi tərəfindən universitetin hesabına köçürülüb.
Təhsil haqqı Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi təqaüd proqramı çərçivəsində qismən qarşılanırdı. Nazirlik bu proqram üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, digər tərəfin vəsaiti vaxtında köçürməməsi səbəbindən ödənişlə bağlı problem yaranmışdı. Məsələ daha əvvəl nazirliyin və Kino Agentliyinin nəzarətinə götürülmüşdü.
Əsas mənbə: APA
