Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbəyov Bakıda keçirilən birgə sessiyada qlobal problemlərin tək bir ölkənin səyi ilə həllinin çətin olduğunu bildirib. Onun sözlərinə görə, bu səbəbdən beynəlxalq mədəni əməkdaşlığa yanaşma genişləndirilməlidir.
Nazarbəyov vurğulayıb ki, texnoloji tərəqqi mənəvi inkişafdan ayrı düşünülməməli, süni intellekt dövrü isə yalnız yeni proqramlar və avtomatlaşdırma ilə məhdudlaşdırılmamalıdır. Nazir Bakı forumunun beynəlxalq əməkdaşlığı konkret və birgə praktik addımlara yönəltmək üçün mühüm platforma olacağına inandığını deyib.
Əsas mənbə: APA
