Rəqabətqabiliyyətlilik üzrə Süni İntellekt Observatoriyası yaradılacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Rəqabətqabiliyyətlilik üzrə Süni İntellekt Observatoriyası yaradılacaq

Vətənim Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi ilə İspaniyanın IE Universiteti Azərbaycanda rəqabətqabiliyyətlilik və iqtisadi transformasiya üzrə Süni İntellekt Observatoriyasının yaradılması və inkişafı üçün çərçivə sazişi imzalayıb. Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli universitetin Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib.

Səməd Bəşirlinin sözlərinə görə, Observatoriya akademik dairələri, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirəcək. Tədqiqatlar iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq və rəqabətqabiliyyətlilik məsələlərinə, eləcə də beynəlxalq müqayisələrə yönələcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗