Vətənim Media xəbər verir ki, Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri, general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) rəsmisi, briqada generalı Theodoros Stefou ilə görüşüb.
Görüş Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V” helikopter cütlüyünün NATO Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində ikinci səviyyəli qiymətləndirilməsi zamanı keçirilib. Tərəflər hərbi əməkdaşlığın hazırkı vəziyyətini, gələcək inkişafını, bölmələrin hazırlığını və birgə fəaliyyətləri müzakirə ediblər. NATO nümayəndələri daha sonra təlim sahəsində bölmələrin təchizatına baxaraq onun NATO standartlarına uyğunluğunu qiymətləndiriblər.
Əsas mənbə: APA
