Vətənim Media xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatına görə, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Rüstəm Hüseyn oğlu İbrahimov oktyabrın 28-də Çindən Azərbaycana ekstradisiya olunub. Onun yeri Çin Xalq Respublikasında müəyyən edildikdən sonra həbs edilib.
İbrahimov 2025-ci ildə Bakıda həyat yoldaşına bıçaqla xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunur. Çinlə bağlanmış təslim etmə haqqında müqavilə əsasında göndərilən sorğu və aparılan danışıqlardan sonra ekstradisiya razılaşdırılıb. O, məhkəmənin həbs qərarı ilə istintaq təcridxanasına yerləşdirilib.
Əsas mənbə: APA
