Vətənim Media xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə 78 ailə köçürülüb. APA-nın məlumatına görə, yeni yaşayış yerlərinə ümumilikdə 272 nəfər qayıdıb.
Ağdama 70 ailə — 238 nəfər, Quzeyxırman kəndinə isə 8 ailə — 34 nəfər yerləşdirilib. Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Əsas mənbə: APA
