Vətənim Media xəbər verir ki, oktyabrın 30-u saat 09:00-a olan məlumata görə, Azərbaycanın əksər ərazilərində yağıntılı hava müşahidə olunub. Bəzi yerlərdə yağış intensiv olub, Şahdağda isə arabir qar yağıb.
Ən çox yağıntı Balakəndə qeydə alınıb: 16 millimetr. Lerik və Oğuzda 14, Lənkəran, Beyləqan və Qəbələdə 13 millimetr yağıntı düşüb. Bakı və Abşeron yarımadasında bu göstərici 3 millimetr olub. Bir sıra bölgələrdə duman müşahidə edilib, görünüş məsafəsi 500 metrədək azalıb.
Əsas mənbə: APA
