Vətənim Media xəbər verir ki, PAŞA Bank POS və mobil POS terminallarından istifadə edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edib. Kredit satış dövriyyəsi əsasında girovsuz verilir. Məbləğ 5 000 manatdan 250 000 manatadək, faktiki illik faiz dərəcəsi isə 19,06 faizdir. İlk 15 gün faiz hesablanmır.
Ödənişlər sahibkarın POS dövriyyəsinə uyğunlaşdırılır. Müraciət bankın onlayn bankçılıq platforması və biznes mobil tətbiqi ilə mümkündür. Kredit üçün PAŞA Bankın POS xidmətindən ən azı altı ay istifadə etmiş, VÖEN üzrə fəaliyyəti bir ildən çox olan sahibkarlar müraciət edə bilər. Son altı ayın hər birində bankın POS terminalları ilə 30-dan çox əməliyyat aparılması da tələb olunur. Kredit məbləği yalnız PAŞA Bankdakı POS dövriyyəsi əsasında müəyyənləşdirilir.
Əsas mənbə: APA
