Kreml: Putin Makron və Mertslə dialoqa açıqdır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kreml: Putin Makron və Mertslə dialoqa açıqdır

Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts də daxil olmaqla hər kəslə dialoqa hazırdır. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Makronun və ya Mertsin zəng etməsi halında Putinin telefon danışığına razı olub-olmayacağı barədə suala Peskov onun telefona cavab verəcəyini deyib. Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmağa hazır olub-olmadığı soruşulduqda isə “Hələ heç kim zəng etməyib” cavabını verib.

Peskovun sözlərinə görə, Putin bir neçə gün əvvəl Finlandiya Prezidenti və Norveçin Baş naziri ilə telefonla danışıb. Söhbətlərin Avropa tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗