Vətənim Media xəbər verir ki, Bakının 13 küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatına əsasən APA xəbər yayıb.
Sıxlıq Aeroport şosesində “Koroğlu” stansiyası, Bakı-Sumqayıt şosesində isə “20 Yanvar” stansiyası istiqamətindədir. Həmçinin Ziya Bünyadov, Tbilisi və 8 Noyabr prospektlərində, Binəqədi şosesində, 1-ci Göl kənarı yolunda, Alı Mustafayev, Yusif Səfərov, Üzeyir Hacıbəyli və 28 May küçələrində, eləcə də digər qeyd olunan yollarda nəqliyyatın hərəkəti sıxlaşıb.
Əsas mənbə: APA
