DİM istifadəçilərə hesablarını qorumaq üçün təhlükəsizlik qaydalarını xatırladıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
DİM istifadəçilərə hesablarını qorumaq üçün təhlükəsizlik qaydalarını xatırladıb

Vətənim Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) elektron xidmətlərindən və onlayn resurslarından istifadə edənləri hesablarının təhlükəsizliyi üçün ehtiyat tədbirlərinə əməl etməyə çağırıb. Bu barədə APA-ya DİM-in Mətbuat xidmətindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, istifadəçilər elektron xidmətlərə və “Şəxsi kabinet”lərinə etibarlı şəbəkə və cihazlardan daxil olmalı, ictimai kompüterlərdən və təhlükəsizliyinə əmin olmadıqları cihazlardan çəkinməlidirlər. Giriş məlumatlarını, şifrələri və təsdiq kodlarını başqaları ilə paylaşmamaq, şübhəli keçidlərə daxil olmamaq da tövsiyə edilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗