Vətənim Media xəbər verir ki, noyabrın 4-də Heydər Əliyev Mərkəzində skripkaçı Devid Qarrett “Millennium Symphony – Crossover Programme” proqramı ilə çıxış edib. Şounu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri izləyiblər.
Qarrett klassik musiqini rok, pop və kino melodiyaları ilə birləşdirən proqramda Bethovenin, Hans Zimmerin, Maykl Ceksonun, “Nirvana” və “Rammstein” qruplarının əsərlərini təqdim edib. Sənətçi daha əvvəl klassik repertuarla beş qitədə 113 konsertlik beynəlxalq turneyə çıxıb.
Əsas mənbə: APA
