Britaniyalı mütəxəssislər Naxçıvan şəhəri üçün 20 illik plan hazırlayır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Britaniyalı mütəxəssislər Naxçıvan şəhəri üçün 20 illik plan hazırlayır

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvana səfəri barədə “X” hesabında paylaşım edib. O, Naxçıvanın regionda mühüm rol oynadığını və Orta Dəhliz, eləcə də Azərbaycan, Türkiyə və Avropa arasında gələcək yaşıl enerji bağlantıları üçün potensiala malik olduğunu bildirib.

Norman qeyd edib ki, britaniyalı mütəxəssislər Naxçıvan şəhəri üçün 20 illik strateji plan hazırlayır. Səfir Böyük Britaniyanın şəhərsalma, bağlantılar və təmiz enerji sahələrində Naxçıvanın davamlı inkişafına dəstək vermək istədiyini vurğulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗