“YAŞAT Kuboku” turnirində Fond üçün 150 min manat ianə toplanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“YAŞAT Kuboku” turnirində Fond üçün 150 min manat ianə toplanıb

Vətənim Media xəbər verir ki, NEQSOL Holding və “YAŞAT” Fondu birgə xeyriyyə məqsədli “YAŞAT Kuboku” intellektual turniri keçirib. Yarışda 32 komandada 200-dək iştirakçı yer alıb.

Komandalar “Nə? Harada? Nə zaman?” oyununun 48 sualını cavablandırıb. Turnirdə təmsil olunan şirkətlər Fondun hesabına ümumilikdə 150 min manat ianə edib. Qaliblərə medal və sertifikatlar, birinci yeri tutan komandaya isə kubok təqdim olunub.

NEQSOL Holding-in məlumatına görə, 2021-ci ildən Fondla əməkdaşlıq çərçivəsində şirkətlər tərəfindən ümumilikdə 4 milyon manat ayrılıb. Bu əməkdaşlıqdan 5 mindən çox şəxs yararlanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗