Vətənim Media xəbər verir ki, “Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olunub. APA-nın məlumatına görə, nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib.
Osimhenin təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. O, UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda “Ştutqart”la oyunda zədələnib.
Əsas mənbə: APA
