AzerGold əməkdaşlarının adından saxta profillərlə dələduzluq cəhdləri qeydə alınıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
AzerGold əməkdaşlarının adından saxta profillərlə dələduzluq cəhdləri qeydə alınıb

Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin bir sıra əməkdaşlarının ad və fotolarından istifadə edilərək saxta profillər yaradılıb. Qurumun məlumatına görə, həmin profillərdən müxtəlif şəxslərə mesaj və müraciətlər göndərilərək onları tapşırıqları yerinə yetirməyə, şəxsi və bank məlumatlarını, eləcə də pul vəsaitlərini paylaşmağa sövq etməyə çalışırlar.

“AzerGold” şübhəli mesajlara cavab verməməyi, naməlum keçidlərə daxil olmamağı, göndərilən faylları açmamağı və məlumatları üçüncü şəxslərlə bölüşməməyi tövsiyə edib. Müraciətin həqiqiliyini əvvəlcədən məlum olan rəsmi əlaqə vasitələri ilə dəqiqləşdirmək, saxta profillərlə rastlaşdıqda isə yazışma və sübutları qoruyaraq quruma və hüquq-mühafizə orqanlarına məlumat vermək çağırışı edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗