Vətənim Media xəbər verir ki, Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Korrupsiyaya qarşı Mübarizə Xidməti “Samruk-Kazına” Milli Rifah Fondunun İdarə Heyətinin sədri Nurlan Jakupovu və “Qazaxıstan Dəmir Yolları” şirkətinin İdarə Heyətinin sədri Yeljas Otınşiyevi saxlayıb. APA-nın Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, onlar və başqa şəxslər korrupsiya cinayətində şübhəli bilinirlər. Saxlanılma 2026-cı il noyabrın 11-də baş verib.
İş üzrə halların müəyyənləşdirilməsi üçün istintaq tədbirləri aparılır. Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, məhkəməyədək istintaqla bağlı başqa məlumatların açıqlanmadığını bildirib.
Əsas mənbə: APA
