Vətənim Media xəbər verir ki, “SpaceX” şirkəti ABŞ Kosmik Qüvvələri üçün nəzərdə tutulan USSF-317 missiyası çərçivəsində “Falcon 9” raketini noyabrın 20-də Kaliforniyadakı Vandenberq hərbi bazasından orbitə göndərib. Şirkət bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Raket missiyanın faydalı yükünü orbitə çıxarıb. “Spaceflight Now” peyklərin orbitə buraxıldığını ehtimal etsə də, “SpaceX” və ABŞ Kosmik Qüvvələri bu məlumatı təsdiqləməyib.
Əsas mənbə: APA
