Lökbatandakı qəzada ölən sərnişinin ARB TV-nin keçmiş aparıcısı olduğu bildirildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Lökbatandakı qəzada ölən sərnişinin ARB TV-nin keçmiş aparıcısı olduğu bildirildi

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Lökbatan qəsəbəsində baş vermiş yol qəzasında həyatını itirən sərnişin Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub. O, yaxınları ilə doğum gününü qeyd etdikdən sonra evə qayıdarkən qəzaya düşüb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qaradağ rayonunda “VOYAH” markalı minik avtomobili ilə yük avtomobilinin iştirakı ilə qəza baş verib. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Anar Kərimovun və sərnişin Ada Süleymanovanın meyitlərini çıxarıb aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗