Vətənim Media xəbər verir ki, Kürdəmir rayonunun Şilyan kəndində “VAZ 2107” markalı avtomobil aşıb. APA-nın yerli bürosunun məlumatına görə, Göyçay sakini Rəsul İsmayılovun idarə etdiyi avtomobil idarəetmədən çıxıb.
Qəza nəticəsində sürücü və üç sərnişin — 1993-cü il təvəllüdlü N.Məmmədov, 2002-ci il təvəllüdlü İ.Məmmədova və 2025-ci il təvəllüdlü L.Məmmədova xəsarət alıblar.
Əsas mənbə: APA
