Prokurorluğa qəbul imtahanında 30 vakant yer uğrunda 133 namizəd iştirak edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prokurorluğa qəbul imtahanında 30 vakant yer uğrunda 133 namizəd iştirak edib

Vətənim Media xəbər verir ki, noyabrın 23-də prokurorluq orqanlarında qulluğa qəbul üzrə 28-ci müsabiqənin yazılı imtahan mərhələsi keçirilib. 30 vakant ştat vahidi uğrunda imtahana 133 namizəd qatılıb, onların 47-si qadındır.

Baş prokurorun müavini Heydər Məmmədovun APA-ya verdiyi məlumata görə, namizədlər əvvəlcə Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən test mərhələsini keçiblər. Müsabiqənin növbəti mərhələsi müsahibə olacaq. Yazılı işlər ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗