Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi büdcəyə 172 milyon manat gətirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi büdcəyə 172 milyon manat gətirib

Vətənim Media xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə ümumilikdə 172 milyon manat daxil olub. Bu barədə APA İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Hesabat dövründə özəlləşdirmədən büdcəyə 124 milyon manat, daşınmaz dövlət əmlakının icarəsindən isə 48 milyon manat ödənilib. Xidmət 49 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.

Yanvar-oktyabr aylarında 477 qeyri-yaşayış obyekti və 3 412 torpaq sahəsi üzrə ümumilikdə 3 889 yeni icarə müqaviləsi bağlanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗