Vətənim Media xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli dünya bazarında 94,81 ABŞ dollarına satılıb. Qiymət əvvəlki göstərici ilə müqayisədə 2,12 dollar, yaxud 2,19 faiz azalıb.
Əvvəlki ticarətdə neftin bir bareli 96,93 dollar olub. Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar nəzərdə tutulub.
Əsas mənbə: APA
