Vətənim Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. APA-nın BDYPİ-yə istinadən yaydığı məlumata görə, Bakıda, Abşeron yarımadasında və bəzi bölgələrdə küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
BDYPİ sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etməyi və ehtiyatlı davranmağı istəyib. Qoşqulu, tentli və uzunölçülü yük avtomobillərinin sürücülərinə daşınan yükün qablaşdırılmasına xüsusi diqqət yetirmək tövsiyə olunub.
İdarə sürücülərə nəqliyyat vasitələrini aşma və sürüşmə təhlükəsi yarada biləcək obyektlərdən uzaqda saxlamağı, park edərkən isə qapalı məkanlara üstünlük verməyi məsləhət görüb.
Əsas mənbə: APA
