Zaqatalada iki avtomobil toqquşub: bir sürücü xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Zaqatalada iki avtomobil toqquşub: bir sürücü xəsarət alıb

Vətənim Media xəbər verir ki, Qax-Zaqatala yolunun Muxax kəndi ərazisində “Chevrolet” və “VAZ-21014” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində “Chevrolet”in 33 yaşlı sürücüsü İntiqam İsmayılov xəsarət alıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunda yerləşən İkinci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗