Vətənim Media xəbər verir ki, Bakıda hazırda 16 küçə və prospektdə nəqliyyat sıxlığı var. Məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açıqlayıb.
Sıxlıq Üzeyir Hacıbəyli, 8 Noyabr, Ziya Bünyadov, Tbilisi və Heydər Əliyev prospektlərində, eləcə də Bakı-Sumqayıt şosesində qeydə alınıb. Məhdudiyyətlər Alı Mustafayev, Niyazi, Neftçilər, Yusif Səfərov, Dənizkənarı, Əbdülvahab Salamzadə və 28 May küçələrində də müşahidə olunur.
Əsas mənbə: APA
